...

Məsud Bərzani: Ankaranın dəstəyi Kobaninin müdafiəsini təmin etdi

Dünya xəbərləri Materials 27 Yanvar 2015 12:15 (UTC +04:00)
Ankara “İslam Dövləti” terror təşkilatı ilə mübarizədə lazımi dəstək verdi. Bunu İraqın kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani deyib.
Məsud Bərzani: Ankaranın dəstəyi Kobaninin müdafiəsini təmin etdi

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Ankara "İslam Dövləti" terror təşkilatı ilə mübarizədə lazımi dəstək verdi. Bunu İraqın kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani deyib. Bu barədə Trend çərşənbə axşamı Türkiyənin Anadolu agentliyinə istinadən xəbər verir.

Onun sözlərinə görə, məhz Ankaranın dəstəyi sayəsində kürd silahlı birləşmələrinin (peşmərgə) döyüşçüləri Suriyanın Kobani (Eynül-Ərəb) şəhərini müdafiə edə biliblər.

Bərzani, həmçinin qeyd edib ki, Ankaranın dəstəyi olmadan kürd silahlı birləşmələri Kobani şəhərini "İslam Dövləti" terror təşkilatının yaraqlılarından müdafiə edilmək üçün Suriya ərazisinə keçə bildilər.

Qeyd edək ki, kürd silahlı birləşmələrinin döyüşçüləri ötəni il oktyabrın 30-da Türkiyə-Suriya sərhədini adlayaraq Kobani şəhərinə keçdilər.

Son məlumatlara görə, pəşmərgə Kobanidə "İslam Dövləti" yaraqlılarını məhv edərək şəhəri öz nəzarəti altına ala bilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti