Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyə müdafiə sənayesini davamlı olaraq inkişaf etdirəcək. Trend cümə axşamı Türkiyənin Anadolu agentliyinə istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri İsmət Yılmaz bəyan edib.
Onun sözlərinə görə, Türkiyə yerli qırıcıların istehsalına başlamağı planlaşdırır və Ankaranın bu layihəni reallaşdıra biləcəyinə heç bir şübhə yoxdur.
Yılmaz qeyd edib ki, müdafiə sənayesini inkişaf etdirmək asan deyil, amma bu, Türkiyənin müdafiə qabiliyyətliliyinin artırılması üçün vacibdir.
Son illər Türkiyənin müdafiə sənayesi diqqəti öz məhsullarının işlənməsi və istehsalına cəmləşdirib. Türkiyə müdafiə sənayesi sahəsində 54 faiz özünütəchizetmə səviyyəsinə nail ola bilib.