...

Əhməd Davudoğlu: "Bank Asya" üzərində dövlət nəzarəti siyasi addım deyil

Dünya xəbərləri Materials 5 Fevral 2015 10:13 (UTC +04:00)
"Bank Asya"nın İdarə Heyətinin tərkibində dəyişiklik edilməsi və onun tamamilə dövlətin nəzarəti altına keçməsi siyasi addım deyil.
Əhməd Davudoğlu: "Bank Asya" üzərində dövlət nəzarəti siyasi addım deyil

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir Rufiz Hafizoğlu/

"Bank Asya"nın İdarə Heyətinin tərkibində dəyişiklik edilməsi və onun tamamilə dövlətin nəzarəti altına keçməsi siyasi addım deyil. Trend-in "Haber7" telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Baş nazir Əhməd Davudoğlu bəyan edib.

Baş nazir ölkənin bank sisteminin fəaliyyətində, xüsusilə bank əməliyyatlarında şəffaflıq amilinin vacibliyini qeyd edib.

Onun sözlərinə görə, hökumət təkcə "Bank Asya"nın deyil, Türkiyənin digər banklarının əməliyyatlarında da şəffaflıq tələb edir.

Dünən "Bank Asya" tamamilə Əmanətlərin Sığortalanması Dövlət Fondunun (TMSF) nəzarəti altına keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti