...

Amerikalı ailə öz uşağını oğurlatdırıb

Dünya xəbərləri Materials 7 Fevral 2015 03:32 (UTC +04:00)
Amerikanın Missuri ştatında 6 yaşlı uşağın anası, nənəsi və xalası onu oğurlatmalarına görə həbs olunublar
Amerikalı ailə öz uşağını oğurlatdırıb

Azərbaycan, Bakı, 7 fevral /Trend/

Trend The Guardian saytına istinadan məlumat verir ki, Amerikanın Missuri ştatında 6 yaşlı uşağın anası, nənəsi və xalası onu oğurlatmalarına görə həbs olunublar.

Uşağın anasının fikrincə, onun oğlu çox sadəlövh, hər kəsə inanan idi. Buna görə, uşağa sadəlövhliyin nəticəsini göstərmək üçün, onlar bir tanışlarına oğlanı oğurlamaq xahişi ilə müraciət ediblər.

Beləliklə, uşaq məktəb avtobusundan düşdükdə, həmin adam onu maşınına itələyib, qollarını və ayaqlarını bağlayıb, ağlamasın deyə ona tapança göstərib və hədəqorxu gəlib. Bundan sonra o, uşağın gözlərini bağlayıb və zirzəmiyə aparıb.

Bir az vaxt keçdikdən sonra o uşağı buraxıb, yuxarı qalxmağa icazə verib. Orada isə uşağın qohumları ona niyə tanımadığı insanlardan uzaq durmalı olduğunu izah ediblər.

Polisin verdiyi məlumata görə, ailə üzvləri özlərini günahkar hesab etmirlər.

Oğurlamada iştirak edən dörd nəfər 250 000 dollar məbləğində zaminlik ilə həbs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti