Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyə kürd probleminin demokratik yolla nizamlanması prosesini qətiyyətlə davam etdirmək niyyətindədir. Bunu Türkiyə hökuməti rəhbərinin müavini Bülənt Arınç bəyan edib. Trend xəbər verir ki, bu barədə cümə axşamı Türkiyənin Anadolu agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, Türkiyə kürd probleminin demokratik yolla nizamlanmasında uğura nail olmaq üçün mümkün olan hər şeyi edir.
Baş nazirin müavini deyib ki, kürd probleminin demokratik yolla həlli Türkiyənin gələcəyi üçün vacibdir.
Müstəqil kürd dövlətinin yaradılmasını tələb edən PKK ilə Türkiyə arasında münaqişə 25 ildən artıqdır davam edir. Münaqişə nəticəsində 40 mindən artıq inan həlak olub. PKK BMT və Avropa İttifaqı tərəfindən terror təşkilatı kimi tanınıb.