...

Ukraynanın yüksəkvəzifəli məmurları hökumətin iclasında həbs edildi (FOTO+VİDEO)

Dünya xəbərləri Materials 25 Mart 2015 16:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 mart /Trend/

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin rəhbəri Sergey Boçkovski bu gün hökumətin iclasında həbs edilib. Bu barədə Trend Ukrayna mətbuatına istinadən məlumat verir.

Onun müavini Vasili Stoyetski də iclas zamanı həbs edilib.

Onlar xaricdə qeyri-qanuni valyuta hesablarının açılması və istifadəsində ittiham olunurlar.

İstintaqın məlumatına görə, onlar özəl şirkətdən yüksək qiymətə yanacaq alışını təşkil ediblər. Vəsaitlərin bir hissəsi ofşor şirkətlər vasitəsilə S.Boçkovski və V.Stoyetskinin hesabına köçürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti