...

Putin: Rusiya imperiya yaratmaq istəmir

Dünya xəbərləri Materials 16 Aprel 2015 17:24 (UTC +04:00)
Rusiya imperiya yaratmaq fikrində deyil və inteqrasiya proseslərinin inkişafına can atır.
Putin: Rusiya imperiya yaratmaq istəmir

Azərbaycan, Bakı, 16 aprel /Trend/

Rusiya imperiya yaratmaq fikrində deyil və inteqrasiya proseslərinin inkişafına can atır. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin canlı efirdə deyib.

O bildirib: "Biz Avrasiya İqtisadi İttifaqı çərçivəsində qonşu Qazaxıstan və Belarusla əlaqələri inkişaf etdiririk. Bu birliklərin məqsədi ondan ibarətdir ki, bu ölkələrdə yaşayan insanlar daha yaxşı yaşasınlar. Ermənistan və artıq Qırğızıstanla bu cür əlaqələrimiz qurulur".

V.Putin bu prosesin dağılmasını istəmədiklərini vurğulayıb: "Bizim imperiya yaratmaq məqsədimiz yoxdur. Bu, normal və təbii inteqrasiya prosesidir. Bütün dünya inteqrasiya yolu ilə gedir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti