...

Türkiyədə bir sıra nazirliklər ləğv edilə bilər

Dünya xəbərləri Materials 1 İyun 2015 17:22 (UTC +04:00)
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) parlament seçkilərində qələbə qazanacağı təqdirdə, ölkədə 6-dan çox nazirliyin ləğv ediləcəyi istisna olunmur.
Türkiyədə bir sıra nazirliklər ləğv edilə bilər

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir Rufiz Hafizoğlu/

"Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) parlament seçkilərində qələbə qazanacağı təqdirdə, ölkədə 6-dan çox nazirliyin ləğv ediləcəyi istisna olunmur".

Trend-in "Kanal7" telekanalına istinadən verdiyi məlumata əsasən, bunu Türkiyənin maliyyə naziri Mehmet Şimşək deyib.

Nazirin sözlərinə görə, o da istisna edilmir ki, bir neçə nazirlik bir qurum altında birləşdirilə bilər.

Lakin M.Şimşək hansı nazirliklərin ləğv ediləcəyi, hansıların birləşdiriləcəyi barədə məlumat verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti