...

Putinin keçmiş həyat yoldaşı və qızları ilə yaxşı münasibətləri var

Dünya xəbərləri Materials 20 İyun 2015 15:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyun /Trend/

Rusiya Prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmila və qızları Mariya və Yekaterina ilə yaxşı münasibətləri var. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu V.Putin jurnalistlərə deyib.

Onun sözlərinə əsasən, bəzən gecə saatlarınadək yatmır və ailəsi ilə danışır: "Şəxsi həyatımda gələcəklə bağlı planlarım var, lakin mən qaydasındayam".

V.Putin həyat yoldaşından 2013-cü ildə boşandığını elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti