Azərbaycan, Bakı, 26 iyun /Trend/
AŞ PA-nın Ermənistan üzrə həmməruzəçiləri Aksel Fişer və Alan Mill iyunun 23-də Yerevanda etiraz aksiyasının dağıdılması zamanı polisin etirazçılara qarşı güc tətbiq etməsi və jurnalistlərə qarşı məqsədli hücumlara görə narahat olduqlarını bildiriblər.
Bu barədə Trend "Armenia Today" saytına istinadən məlumat verir.
Həmməruzəçilərin bəyanatında deyilir ki, bununla əlaqədar qərəzsiz və şəffaf araşdırılma aparılmalıdır.
A.Fişer və A.Mill iyunun 23-dəki zorakılıq hallarının təkrarlanmaması, dinc etiraz aksiyasının keçirilməsinə maneəsiz şərait yaradılması üçün polisi və nümayişçiləri maksimum təmkinli davranmağa çağırıb.