...

Yerevanda etirazçılar müddətsiz aksiyaya hazırdırlar

Dünya xəbərləri Materials 30 İyun 2015 15:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyun /Trend/

Yerevanın mərkəzində Marşal Baqramyan prospektində keçirilən etiraz aksiyası "nümayişçilərin bütün üç tələbi" yerinə yetirilənədək davam edəcək. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə fəalların liderlərindən biri Maksim Sarqsyan jurnalistlərə deyib.

M.Sarqsyan bu tələblərin yerinə yetirilib-yetirilməyəcəyi ilə bağlı heç bir fikri olmadığını qeyd edib: "Onların imkanı var, ancaq istəyi yoxdur".

O, fəalların müddətsiz aksiyaya hazır olduqlarını iddia edir: "Heç bir qanunu pozmuruq. Düzdür, sakinləri narahat edirik, ancaq bu narahatlığa dözmək olar. Özüm də sürücüyəm. Baqramyan prospekti ilə birbaşa getmək mənə daha rahatdır, lakin biz ümumi maraqlar uğrunda mübarizə aparırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti