Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyə Yunanıstana maliyyə yardımı etmək üçün Baş nazir Əhməd Davudoğlunun təlimatlarını gözləyir.
Trend-in "Kanal7" telekanalına istinadən verdiyi məlumata əsasən, bu barədə Türkiyənin maliyyə naziri Mehmet Şimşək deyib.
O bildirib ki, Türkiyənin Yunanıstana maliyyə yardımı etmək üçün bütün imkanları var.