...

Polis Hitrou aeroportunda 6 etirazçını həbs etdi

Dünya xəbərləri Materials 13 İyul 2015 14:54 (UTC +04:00)
London polisi Hitrou aeroportunda etiraz aksiyasının 6 iştirakçısını həbs edib.
Polis Hitrou aeroportunda 6 etirazçını həbs etdi

Azərbaycan, Bakı, 13 iyul /Trend/

London polisi Hitrou aeroportunda etiraz aksiyasının 6 iştirakçısını həbs edib. Trend-in RIA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə Skotlend-Yard xəbər verir.

Etiraz aksiyasının iştirakçıları Britaniyanın ən böyük aeroportunun genişlənmə planı və ətraf mühitin çirklənməsindən narazıdırlar.

Ümumilikdə 13 nəfərin iştirak etdiyi aksiyada 6 nəfərin saxlanmasına səbəb mülki aviasiya qaydalarının pozulması olub.

Hitrou nümayəndələri bəzi təyyarələrin uçuşunda gecikmə olacağı barədə sərnişinləri xəbərdarlıq edib. Xüsusilə, Sankt-Peterburq, Frankfurt, Cenevrə, Vyana, Berlin, Mançester, Osloya olan uçuşlar təxirə salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti