...

MHP koalisiya hökuməti yaratmaqdan imtina etdi

Dünya xəbərləri Materials 14 İyul 2015 18:16 (UTC +04:00)
Milliyyətçi Hərəkat Partiyası (MHP) Türkiyədə koalisiya hökuməti yaratmaqdan imtina edib.
MHP koalisiya hökuməti yaratmaqdan imtina etdi

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/

Milliyyətçi Hərəkat Partiyası (MHP) Türkiyədə koalisiya hökuməti yaratmaqdan imtina edib.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata əsasən, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu MHP lideri Dövlət Bahçeli ilə görüşdən sonra deyib.

Onun sözlərinə görə, bu, Ədalət və İnkişaf Partiyasının MHP ilə danışıqları davam etdirməyəcəyi mənasına gəlmir.

Qeyd edək ki, Ə.Davudoğlu ötən gün Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu ilə görüşmüşdü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti