Azərbaycan, Bakı, 17 iyul /Trend/
Ermənistanda elektrik enerjisi tariflərinin bahalaşmasına qarşı təşkil olunan etiraz aksiyasının iştirakçılarını özündə birləşdirən "Ayağa qalx, Ermənistan!" hərəkatı Facebook səhifəsində hamını yenidən mitinqə çağırıb. Trend bu barədə RIA Novosti-yə istinadən xəbər verir.
Aksiyanın cümə günü saat 19:00-da Azadlıq meydanında başlanması gözlənilir.