Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/
PKK silahlıları Türkiyədə İraqla sərhəddə yerləşən Şırnak vilayətinin ərazisindən keçən Kərkük-Yumurtalıq neft kəmərini partladıblar.
Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız deyib.
Onun sözlərinə görə, boru kəməri partladılandan sonra İraqdan Türkiyəyə neft nəqli dayandırılıb.