...

İranlılar və iraqlılar arasında kütləvi dava: həbs olunanlar var

Dünya xəbərləri Materials 30 Sentyabr 2015 15:22 (UTC +04:00)
İranın İraq sərhədinə yaxın şəhərlərindən olan Qəsri-Şirində bir dəstə iraqlı ilə iranlı arasında kütləvi dava baş verib.
İranlılar və iraqlılar arasında kütləvi dava: həbs olunanlar var

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir Təmkin Cəfərov/

İranın İraq sərhədinə yaxın şəhərlərindən olan Qəsri-Şirində bir dəstə iraqlı ilə iranlı arasında kütləvi dava baş verib. Bu barədə Trend İranın YJC xəbər saytına istinadən məlumat verir.

Kütləvi dava ötən axşam baş versə də, xəbər bu gün yayılıb.

Məlumata əsasən, kütləvi dava pul üstündə baş verib. Polisin müdaxiləsindən sonra tərəflər sakitləşdirilib. 19 nəfər saxlanılıb ki, onlardan 7-si haqqında həbs qətimkan tədbiri seçilib. Qalanları isə girov qismində pul vəsaiti qoyaraq sərbəst buraxılıblar.

Həbs olunanlar arasında İraq vətəndaşları da var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti