...

Paris Hospitallar İdarəsi: terror aktlarında ölənlərin sayı 129 olaraq qalır

Dünya xəbərləri Materials 16 Noyabr 2015 03:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 noyabr /Trend/

Paris Hospitallar İdarəsi silsilə terror aktları nəticəsində ölənlərin sayı ilə bağlı məsələyə aydınlıq gətirib.

Trend-in TASS agentliyinə istinadən verdiyi xəbərə əsasən, ölənlərin sayı 132 deyil, 129 olaraq qalır.

Qeyd olunur ki, daha öncə xəstəxanada 3 yaralının ölməsi barədə yayılan məlumat səhvdir. Həmin üç nəfər bundan əvvəl Paris Prokurorluğunun verdiyi məlumatda qeydə alınıb.

Nəticə olaraq anlaşılmamazlıq yaranıb və həmin məlumat Fransanın kütləvi informasiya vasitələri tərəfindən yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti