...

Ərdoğan: Türkiyədə 8 ayda 5 mindən çox terrorçu məhv edilib

Dünya xəbərləri Materials 28 Mart 2016 16:00 (UTC +04:00)
2015-ci ilin iyulundan bu günədək Türkiyədə PKK-ya qarşı əməliyyatlar nəticəsində 5359 nəfər PKK üzvü məhv edilib.
Ərdoğan: Türkiyədə 8 ayda 5 mindən çox terrorçu məhv edilib

Bakı. Rufiz Hafizoğlu - Trend:

2015-ci ilin iyulundan bu günədək Türkiyədə PKK-ya qarşı əməliyyatlar nəticəsində 5359 nəfər PKK üzvü məhv edilib. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, PKK-ya qarşı əməliyyatlar zamanı 355 türkiyəli hərbçi həlak olub.

Prezident diqqətə çatdırıb ki, əməliyyatlar PKK-nın tam məhv edilməsinədək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti