...

Suriyanın yeni konstitusiyası hazırlanır

Dünya xəbərləri Materials 30 Mart 2016 17:39 (UTC +04:00)
Suriyanın yeni konstitusiyasının ilkin layihəsi bir neçə həftə ərzində hazır ola bilər.
Suriyanın yeni konstitusiyası hazırlanır

Bakı. Elçin Hüseynov - Trend:

Suriyanın yeni konstitusiyasının ilkin layihəsi bir neçə həftə ərzində hazır ola bilər. Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Suriya Prezidenti Bəşər Əsəd bildirib.

Prezident deyib ki, ABŞ dövlət katibi Con Kerri tərəfindən təklif olunan yeni konstitusiyanın hazırlanmasına avqust ayına kimi vaxt var.

Daha əvvəl Moskvadakı danışıqlardan sonra C.Kerri bəyan etmişdi ki, Rusiya və ABŞ bu ilin avqustuna kimi Suriyada siyasi keçid üçün əsaslar və yeni ölkə konstitusiyasının ilkin variantını hazırlamaq barədə razılığa gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti