...

Belarus Türkmənistana pilotsuz aviakomplekslərin birgə istehsalını təklif edir

Dünya xəbərləri Materials 11 May 2016 16:04 (UTC +04:00)
Belarus Türkmənistana pilotsuz aviakomplekslərin birgə istehsalına və regionda infrastrukturu inkişaf etdirməyə çağırır.
Belarus Türkmənistana pilotsuz aviakomplekslərin birgə istehsalını təklif edir

Bakı. Elçin Hüseynov - Trend:

Belarus Türkmənistana pilotsuz aviakomplekslərin birgə istehsalına və regionda infrastrukturu inkişaf etdirməyə çağırır. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün Minskdə bəyan edib.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşdə A.Lukaşenko bildirib ki, hazırda tərəflər Türkmənistanda pilotsuz aviakomplekslərin yaradılmasına dair yüksək texnoloji layihəni həyata keçirir: "Bu istiqaməti inkişaf etdirməyi təklif edirik".

Belarus lideri qeyd edib ki, Türkmənistanın təşəbbüsü ilə Mərkəzi Asiya üçün çox əhəmiyyətli infrastruktur layihələri həyata keçirilir. A.Lukaşenko bu layihələrin inkişafına Belarusun qoşulmasını əhəmiyyətli sayır.

Belarus Prezidenti, həmçinin tərəflərin kompüter texnologiyaları sahəsində əməkdaşlığının perspektivli olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti