...

Yunanıstandan sığınacaq istəyən qiyamçılar Türkiyəyə geri qaytarılıb

Dünya xəbərləri Materials 17 İyul 2016 06:10 (UTC +04:00)

Bakı. Trend:

Yunanıstan ilə sərhəd xəttində yerləşən Dədəağac şəhərindəki aerodromda eniş edən, içərisində 8 qiyamçının olduğu helikopter ölkəyə geri gətirilib.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, ikisi mayor, biri kapitan, beşi isə əsgər olan qiyamçılar Yunanıstandan sığınacaq istəyiblər.

Yunanıstanın Baş naziri Aleksis Tsipras Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığı zamanı bildirmişdi ki, qiyamçıların Türkiyəyə təhvil verilməsi üçün nə lazımdırsa ediləcək.

Xəbər lenti

Xəbər lenti