Bakı. Trend:
Polis müxalifətçilərin Yerevanda artıq 9 gündür polis məntəqəsinin binasını ələ keçirmiş silahlılara su və yemək ötürməsinə icazə verməyib.
Bu barədə TASS-a istinadən məlumat verir.
"Buradan içəriyə heç nə buraxılmayacaq".
Bunu polis zabiti yerli sakinlərin gətirdiyi yemək paketlərini silahlılara vermək istəyən müxalif deputat Zarui Postancyana deyib.
Qeyd edək ki, iyulun 17-dən bir qrup silahlı şəxs Yerevan polisinin post patrul xidməti alayının binasını ələ keçirib. Hadisə zamanı alay komandirinin müavini polis polkovniki Artur Vanoyan öldürülüb.