...

Yerevan şəhər polis idarəsinin rəisi vəzifədən azad edilib

Dünya xəbərləri Materials 8 Avqust 2016 18:18 (UTC +04:00)

Bakı. Trend:

Yerevan şəhər polis idarəsinin rəisi, general-leytenant Aşot Karapetyan avqustun 8-də tutduğu vəzifədən azad edilib.

Trend erməni mətbuatına istinadən xəbər verir ki, A.Karapetyan Ermənistan polis rəisi Vladimir Qasparyanın əmri ilə vəzifəsindən uzaqlaşdırılıb.

Ermənistan polisində xidməti araşdırma nəticəsində bir neçə polis əməkdaşı, o cümlədən A.Karapetyan intizam cəzasına məruz qalıb və şiddətli töhmət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti