...

İrandan Azərbaycana daxili orqanında heroin keçirmək istəyərkən yaxalandı

Dünya xəbərləri Materials 29 Avqust 2016 12:11 (UTC +04:00)
İrandan Azərbaycana daxili orqanında heroin keçirmək istəyən şəxs saxlanılıb.
İrandan Azərbaycana daxili orqanında heroin keçirmək istəyərkən yaxalandı

Trend-i buradan izləyin

Bakı. Trend:

İrandan Azərbaycana daxili orqanında heroin keçirmək istəyən şəxs saxlanılıb.

Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Şəxsi yoxlama zamanı həmin vətəndaşın daxili orqanından (düz bağırsağından) 4 ədəd bükümdə, xalis çəkisi 144,623 qram olan narkotik vasitə - heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti