...

İran hökumətinin tərkibində 3 yeni nazir təsdiqləndi

Dünya xəbərləri Materials 1 Noyabr 2016 18:16 (UTC +04:00)
İran parlamenti prezident Həsən Ruhaninin nazir postları üçün təqdim etdiyi şəxslərin namizədliklərini təsdiq edib.
İran hökumətinin tərkibində 3 yeni nazir təsdiqləndi

Bakı. Elmira Tariverdiyeva - Trend:

İran parlamenti prezident Həsən Ruhaninin nazir postları üçün təqdim etdiyi şəxslərin namizədliklərini təsdiq edib.

Trend-in İRİN agentliyinə istinadən verdiyi məlumata görə, ötən ay prezident H.Ruhani Rza Salehi-Əmiri, Məsud Sultanifar və Fəxrəddin Əhmədi Daniş-Aştianinin müvafiq olaraq gənclər və idman naziri, mədəniyyət və islami irşad naziri və təhsil naziri vəzifələrinə namizədliklərini parlamentə təqdim etmişdi.

Qeyd edək ki, əvvəlki nazirlər ölkə nazirlər kabinetində baş verə biləcək dəyişikliklər barədə yayılan məlumatlar fonunda istefa vermişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti