...

Kreml Türkiyədə səfirin öldürülməsinin məqsədlərini açıqlayıb

Dünya xəbərləri Materials 20 Dekabr 2016 14:01 (UTC +04:00)
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlinin məqsədi Moskva və Ankara arasındak münasibətlərə ziyan vurmaq, iki ölkə arasında münasibətlərin normallaşmasına mane olmaqdır
Kreml Türkiyədə səfirin öldürülməsinin məqsədlərini açıqlayıb

Bakı. Trend:

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlinin məqsədi Moskva və Ankara arasındakı münasibətlərə ziyan vurmaq, iki ölkə arasında münasibətlərin normallaşmasına mane olmaqdır.

Trend RİA Novostiyə istinadən bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

Açıqlamada deyilir:

“Bu, iki ölkə arasında Suriyada siyası həll yolunun tapılması üçün səyləri birləşdirməyə imkan verən münasibətlərə mane olmağa çalışanlara sərf edir. Konkret olaraq kimin olduğunu təhqiqatçılar müəyyən edəcək. Bu hadisənin araşdırılması ilə bağlı hər iki tərəfdən yüksək səviyyəli mütəxəssislər işləyir. Bir qədər səbrli olaq, onlar öz işini görsün”.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov ötən gün Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti