...

Koreyada pilotlar tətilə başladılar - reyslər təxirə salınır

Dünya xəbərləri Materials 22 Dekabr 2016 10:47 (UTC +04:00)
Koreya Respublikasının "Korean Air" aviaşirkətinin pilotları 10 günlük tətilə başlayıblar.
Koreyada pilotlar tətilə başladılar - reyslər təxirə salınır

Bakı. Trend:

Koreya Respublikasının "Korean Air" aviaşirkətinin pilotları 10 günlük tətilə başlayıblar.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, aksiya səbəbindən hələlik 18 reys, o cümlədən 4 beynəlxalq reys təxirə salınıb.

"Korean Air" pilotlarının son 11 ildə ilk dəfə tətil etməsinə səbəb həmkarlar ittifaqı ilə rəhbərlik arasında əməkhaqqının 34 faiz artırılması ilə bağlı danışıqların baş tutmaması olub.

Hazırda şirkətin 2300 pilotundan 189-u tətil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti