...

Tramp: BMT problemləri həll etmir, problemlər yaradır

Dünya xəbərləri Materials 29 Dekabr 2016 05:14 (UTC +04:00)
BMT problemləri həll etmir, problemlər yaradır
Tramp: BMT problemləri həll etmir, problemlər yaradır

Bakı. Trend:

BMT problemləri həll etmir, problemlər yaradır.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Floridada jurnalistlərə deyib.

"BMT-nin böyük potensialı var, amma o, onu doğrultmur. Siz görürsünüz ki, BMT problemləri həll edir? Həll etmir, o problemlər yaradır. Əgər BMT potensialını doğruldacaqsa, bu çox gözəl olacaq. Lakin doğruldmayacaqsa, bu vaxt və pul itirmək deməkdir", - Tramp deyib.

Qeyd edək ki, Trampın bəyanatını "CNN" telekanalı yayımlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti