...

Türkiyə XİN: İran da Rusiya və Türkiyə ilə birgə Suriyada atəşkəsin təminatçısıdır

Dünya xəbərləri Materials 29 Dekabr 2016 12:15 (UTC +04:00)
İran da Rusiya və Türkiyə ilə birgə Suriyada atəşkəsin təminatçısıdır
Türkiyə XİN: İran da Rusiya və Türkiyə ilə birgə Suriyada atəşkəsin təminatçısıdır

Bakı. Orxan Quluzadə - Trend:

İran da Rusiya və Türkiyə ilə birgə Suriyada atəşkəsin təminatçısıdır. Trend-in A Haber telekanalına istinadən məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazirin sözlərinə görə, Türkiyə Suriya münaqişəsinin siyasi həllində maraqlıdır və bütün ölkə ərazisində atəşkəs rejiminin bərqərar olunmasını arzu edir.

M.Çavuşoğlu həmçinin qeyd edib ki, Suriyada döyüşən bütün əcnəbi muzdlu döyüşçülər ölkəni tərk etməlidirlər.

Qeyd edək ki, Türkiyə və Rusiya Suriyada münaqişə tərəflərinə təqdim olunacaq hərtərəfli atəşkəs planını razılaşdırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti