...

İstanbulda cənazə namazında qəza: 3 ölü, 10 yaralı (FOTO/VİDEO) (YENİLƏNİB-2)

Dünya xəbərləri Materials 10 Yanvar 2017 16:13 (UTC +04:00)

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyənin İstanbul şəhərinin Ataköy rayonundakı məscidin həyətində quraşdırılan çadırın damı çöküb.

Bu barədə Trend NTV telekanalına istinadən məlumat verir.

Hadisə nəticəsində 3 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Məlumata əsasən, üzərinə qar yığılan örtük ağırlıq nəticəsində çöküb. Həmin vaxt cənazə namazı qılınırmış.

Məscidin həyətinə təcili tibbi yardım maşınları cəlb olunub. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti