Bakı. Trend:
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası Astanada keçiriləcək Suriyaya dair danışıqlarda iştirak etməklə bağlı rəsmi dəvət alacağı təqdirdə bu dəvəti nəzərdən keçirəcək.
Trend bildirir ki, bu barədə RİA Novosti-yə Tramp administrasiyasına yaxın mənbə məlumat verib.
Mənbənin məlumatına görə, Tramp administrasiyası rəsmi dəvət alarsa, onu nəzərdən keçirəcək, lakin Suriya böhranı ilə bağlı ABŞ-ın aydın yanaşması formalaşana qədər heç bir danışıqlarda iştirak etməyəcək.