...

Tramp illik əmək haqqını hara xərcləyəcək?

Dünya xəbərləri Materials 14 Mart 2017 09:02 (UTC +04:00)
ABŞ prezidenti Donald Tramp illik əmək haqqının hamısını xeyriyyəçiliyə bağışlayacaq.
Tramp illik əmək haqqını hara xərcləyəcək?

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp illik əmək haqqının hamısını xeyriyyəçiliyə bağışlayacaq. Bunu Ağ Evin nümayəndəsi Şon Spayser deyib.

Trend-in məlumatına görə, ABŞ liderinin əmək haqqı ildə 400 min dollar təşkil edir.

Qeyd edək ki, Donald Tramp öz seçki kompaniyası zamanı maaş almağı planlaşdırmadığını söyləmişdi.

"Forbes" jurnalının reytinqinə görə, 2016-ci ildə Trampın sərvəti 3,7 milyard dollar qiymətləndirilib.

ABŞ-ın əvvəlki prezidentlərinin arasında öz maaşlarını xeyriyyəçiliyə verənlər isə yalnız Herbert Quver və Con Kennedi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti