...

İndoneziyada torpaq sürüşməsi - 40 nəfər itkin düşüb

Dünya xəbərləri Materials 1 Aprel 2017 12:30 (UTC +04:00)
İndoneziyanın Yava adasında baş verən torpaq sürüşməsi nəticəsində 40 nəfər itkin düşüb.
İndoneziyada torpaq sürüşməsi - 40 nəfər itkin düşüb

Bakı. Trend:

İndoneziyanın Yava adasında baş verən torpaq sürüşməsi nəticəsində 40 nəfər itkin düşüb.

Trend-in məlumatına görə, sürüşmə Şərqi Yava əyalətində qeydə alınıb. Azı 20 nəfərin həlak olması ehtimal edilir. 30-yaxın yaşayış evi torpaq altında qalıb.

Hadisə yerində çoxlu sayda xilasedici, hərbçi və könüllülər fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti