...

Həştərxanda polislərin qətlində şübhəli bilinən 4 nəfər zərərsizləşdirilib

Dünya xəbərləri Materials 6 Aprel 2017 10:27 (UTC +04:00)
Həştərxanda polis əməkdaşlarının qətlində şübhəli bilinən 4 nəfər zərərsizləşdirilib.
Həştərxanda polislərin qətlində şübhəli bilinən 4 nəfər zərərsizləşdirilib

Bakı. Trend:

Həştərxanda polis əməkdaşlarının qətlində şübhəli bilinən 4 nəfər zərərsizləşdirilib.

Trend-in məlumatına görə, bu barədə RİA Novosti-yə Rusiya Qvardiyasının Həştərxan vilayət idarəsinin nümayəndəsi bildirib.

O qeyd edib ki, şübhəlilərdən biri Rusiya Qvardiyasının postuna hücum zamanı məhv edilib: "Biri kürəyindən yara aldıqdan sonra, digər ikisi isə mühasirəyə alınaraq zərərsizləşdirilib".

Qvardiya döyüşçüləri arasında itki olmadığı bildirilir.

Qeyd edək ki, aprelin 4-də Yol Post Xidmətinin iki əməkdaşına atəş açılıb. Təcili tibbi yardım briqadası gələnədək onlar hadisə yerində ölüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti