Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp FTB-nin direktoru Ceyms Komini istefaya göndərib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin bəyanatında deyilir.
"Bu gün prezident Donald Tramp FTB-nin direktoru Ceyms Komiyə onun səlahiyyətlərinin dayandırılması və istefaya göndərilməsi barədə məlumat verib", - bəyanatda deyilir.
Qeyd edək ki, Ceyms Komi Barak Obama tərəfindən 2013-cü ildə 10 il müddətinə FTB-nin direktoru vəzifəsinə təyin olunmuşdu.