Bakı. Trend:
İranla və Türkmənistan sərhədinin yaxınlığında 5,8 bal gücündə zəlzələ baş verib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda ABŞ geoloji xidməti xəbər verib.
Zəlzələ yerli vaxtla saat 22.31-da qeydə alınıb. Yeraltı təkanların episentri İranın Bocnurd şəhərindən təxminən 42 km şimalda yerləşir. Zəlzələnin ocağı 12,4 kilometr dərinlikdə olub.
Dağıntı və xəsarət alan barədə məlumat yoxdur.