...

Türkiyədə polislə ATIŞMA - 1 terrorçu məhv edilib

Dünya xəbərləri Materials 2 İyun 2017 10:35 (UTC +04:00)
Türkiyənin Malatya vilayətində polislə atışma nəticəsində vilayətin mərkəzində terror aktı planlaşdıran terrorçu məhv edilib.
Türkiyədə polislə ATIŞMA - 1 terrorçu məhv edilib

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Malatya vilayətində polislə atışma nəticəsində vilayətin mərkəzində terror aktı planlaşdıran terrorçu məhv edilib. Trend-in məlumatına görə, bu barədə vilayət polisi məlumat yayıb.

İlkin məlumat olaraq polisə vilayətdə iki şəxs tərəfindən terror hadisəsi planlaşdırılması barədə məlumat daxil olub. Məlumatına araşdırılması istiqamətində aparılan əməliyyatda terrorçunun biri məhv edilsə də, digər şəxs polisdən yayınmağa müvəffəq olub. Hazırda ikinci şəxsin tapılması istiqamətində iş aparılır.

İnsidentlə bağlı əlavə məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti