...

İrandan Qətərlə bağlı qərara MÜNASİBƏT

Dünya xəbərləri Materials 5 İyun 2017 12:23 (UTC +04:00)
Bir qrup ərəb ölkəsinin Qətərlə diplomatik münasibətləri kəsmək qərarı Yaxın Şərqdə böhran vəziyyətini aradan qaldırmayacaq
İrandan Qətərlə bağlı qərara MÜNASİBƏT

Bakı. Trend:

Bir qrup ərəb ölkəsinin Qətərlə diplomatik münasibətləri kəsmək qərarı Yaxın Şərqdə böhran vəziyyətini aradan qaldırmayacaq.

Trend-in məlumatına görə, bu barədə öz “Twitter” səhifəsində İranın Prezident Administrasiyasının rəsmisi Həmid Abutalibi deyib.

O qeyd edib: “Diplomatik münasibətlərin kəsilməsi və sərhədlərin bağlanması böhrandan çıxış yolu deyil. Əvvəl dediyim kimi, bütün bunlar qeyri-stabilliyə gətirib çıxaracaq”.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Xəbər lenti

Xəbər lenti