...

Türkiyədə kütləvi yürüşlər keçiriləcək

Dünya xəbərləri Materials 11 İyun 2017 10:12 (UTC +04:00)
Türkiyədə hərbi çevriliş cəhdin ildönümündə kütləvi xalq yürüşü keçiriləcək
Türkiyədə kütləvi yürüşlər keçiriləcək

Bakı. Trend:

Türkiyədə hərbi çevriliş cəhdin ildönümündə kütləvi xalq yürüşü keçiriləcək.

Trend-in türk KİV-lərinə istinadən veriyi xəbərə görə, yürüş Türkiyənin bütün böyük şəhərlərində keçiriləcək.

Prezident Rəcəb Tayyib Ərdoğan və digər ölkə rəsmilərin yürüşdə iştirak edəcəkləri gözlənilir.

Qeyd edək ki, iyulun 15-də Türkiyədə hərbi çevriliş cəhdi olub. Nəticədə 246 nəfər ölüb, 2000-dən çox insan yaralanıb. 20 iyulda prezident Rəcəb Tayyib Ərdoğan ölkədə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti