...

İqtisadiyyat naziri: Türkiyə Qətərə istənilən dəstəyi verməyə hazırdır

Dünya xəbərləri Materials 14 İyun 2017 14:26 (UTC +04:00)
Türkiyə Qətərə istənilən dəstəyi verməyə hazırdır
İqtisadiyyat naziri: Türkiyə Qətərə istənilən dəstəyi verməyə hazırdır

Trend-i buradan izləyin

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Qətərə istənilən dəstəyi verməyə hazırdır.

Trend-in məlumatına görə, bunu Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi deyib.

Nazir qeyd edib ki, bu gün Qətərə səfər edən nümayəndə heyətinin tərkibində yer alacaq. Səfər zamanı böhranın həlli yolları müzakirə ediləcək:

“Türkiyə Qətər böhranını bir ailənin üzvləri arasındakı anlaşılmazlıq kimi görür”.

Qeyd edək ki, bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Qətərə, daha sonra isə Səudiyyə Ərəbistanına səfər edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti