...

Türkiyədə müxalif millət vəkili uzunmüddətli həbs cəzasına məhkum edilib

Dünya xəbərləri Materials 14 İyun 2017 17:59 (UTC +04:00)
Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü, millət vəkili Enis Bərbəroğlu 25 il müddətinə azadlıqdan məhrum edilib.
Türkiyədə müxalif millət vəkili uzunmüddətli həbs cəzasına məhkum edilib

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü, millət vəkili Enis Bərbəroğlu 25 il müddətinə azadlıqdan məhrum edilib.

Trend-in məlumatına görə, o dövlət sirrinin yayılmasında təqsirli bilinib.

Qeyd olunur ki, E.Bərbəroğlu kəşfiyyat fəaliyyəti ilə bağlı görüntüləri mətbuata sızdırıb.

Məhkəmə millət vəkilini ömürlük həbs cəzasına məhkum etsə də, yüngülləşdirici səbəblərlə əlaqədar cəza müddəti 25 ilədək azaldılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti