Bakı. Trend:
Gürcüstanın keçmiş baş naziri, oliqarx Bidzina İvanişvili Almaniyanın Münhen şəhərində klinikalardan birində müalicə alacaq.
Trend-in məlumatına görə, İvanişviliyə "işemik insult" diaqnozu qoyulub.
Keçmiş baş nazirin bir neçə ay müddətində ətrafdan təcrid olunacağı deyilir. Həkimlər istənilən hadisənin onun səhhətinə pis təsir edə biləcəyi və ifliclə nəticələnəcəyindən ehtiyat edirlər.