İlk xəbər saat 11:44-də yayımlanıb
Bakı. Trend:
Moskvadan Kubanın Varadero şəhərinə uçmalı olan “Azur Air” aviaşirkətinə məxsus təyyarə Domodedovo hava limanında fövqəladə eniş edib.
İlkin məlumata görə, buna səbəb avtomatlaşma sistemində qeydə alınan nasazlıq olub.
Hazırda hadisənin təfərrüatları araşdırılır.
Sərnişinlərin ehtiyat reyslə günorta saatlarında yola salınacağı barədə məlumat verilib.
X X X
Moskvadan Kubanın Varadero şəhərinə uçmalı olan “Azur Air” aviaşirkətinə məxsus təyyarə Domodedovo hava limanında fövqəladə eniş etməyə hazırlaşır.
Trend-in məlumatına görə, bu dəqiqələrdə təyyarə hava limanı üzərində dövrə vurur.
Fövqəladə enişin səbəbləri hələlik məlum deyil.