Bakı. Rufiz Hafizoğlu - Trend:
İraqın kürd muxtariyyəti müstəqillik haqqında referendumu ləğv etmək niyyətində deyil.
Trend-in məlumatına görə, bunu muxtariyyətin rəhbəri Məsud Bərzani deyib.
M.Bərzani qeyd edib ki, İraqın mərkəzi hakimiyyəti ilə kürd muxtariyyəti arasında heç bir qarşılıqlı anlaşma yoxdur:
"İraq hakimiyyəti birtərəfli siyasət yürüdür, ölkədə demokratik prinsiplər işləmir".Xatırladaq ki, İraqın kürd muxtariyyətinin müstəqilliyi haqqında referendum sentyabrın 25-nə təyin edilib.