Bakı. Rufiz Hafizoğlu - Trend:
Nyu York Baş Prokurorluğu Türkiyənin sabiq iqtisadiyyat naziri Zəfər Çağlayana qarşı cinayət işi qaldırıb.
Trend-in məlumatına görə, Baş Prokurorluq Z.Çağlayanı İran iqtisadiyyatının inkişafına dəstək göstərilməsinə cəhddə, həmçinin çirkli pulların yuyulması üçün qeyri-qanuni fondların yaradılmasında ittiham edir.
Z.Çağlayanla yanaşı, analoji ittiham Türkiyənin "Xalq Bank"ının sabiq rəhbəri Süleyman Aslana qarşı da irəli sürülüb.