...

İraqın kürd muxtariyyəti Kərkükə hərbi texnika cəmləyir

Dünya xəbərləri Materials 15 Sentyabr 2017 11:05 (UTC +04:00)

Bakı. Trend:

İraqın kürd muxtariyyəti Kərkük şəhərinə hərbi texnika cəmləyir.

Trend-in İraq mətbuatına istinadən verdiyi məlumata görə, bu qərar Kərkük şəhərinin kürd muxtariyyətinin müstəqilliyi haqqında referendumda administrasiyanın tərkibində iştirakını dəstəkləyən Kərkük vilayət şurası rəhbərinin mərkəzi hakimiyyət tərəfindən vəzifəsindən azad edilməsindən sonra qəbul edilib.

Kərkükə gətirilən hərbi texnikanın sayı barədə məlumat verilmir.

Qeyd edək ki, kürd muxtariyyəti sentyabrın 25-də referendum keçirməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti