Bakı. Trend:
Rusiyada əhali arasında kökəlmə səviyyəsi ABŞ-dakı göstəricilərə çatıb.
Trend-in məlumatına görə, mütəxəssislərin fikrincə, bunun səbəbi yağlı yeməklər, duz və şirin qazlı içkilərin gənclər arasında yayılmasıdır.
Qeyd olunur ki, Moskva şəhərində uşaqlar arasında kökəlmə 1990-cı illərin ortalarında qeydə alınan göstəricini iki dəfə üstələyir.
Mütəxəssislər qeyd edir ki, əvvəllər kökəlmə problemi, xüsusilə kişilər arasında 35-40 yaş arasında başlayırdısa, artıq bu yaş həddi azalıb.