Bakı. Trend:
Meksikada 4 bal gücündə zəlzələ baş verib.
Trend-in Avropa Aralıq dənizi seysmoloji mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Puebla de Zaraqoza bələdiyyəsindən 454 kilometr cənub-şərqdə, ocağı isə 54 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.