...

Trampın keçmiş həyat yoldaşı onun haqqında danışdı

Dünya xəbərləri Materials 9 Oktyabr 2017 20:18 (UTC +04:00)
ABŞ prezidenti Donald Trampın keçmiş həyat yoldaşı İvana prezidentin onun sayəsində uğur qazandığını deyib
Trampın keçmiş həyat yoldaşı onun haqqında danışdı

Bakı. Trend:

ABŞ prezidenti Donald Trampın keçmiş həyat yoldaşı İvana prezidentin onun sayəsində uğur qazandığını deyib.

Trend-in məlumatına görə, ABŞ telekanallarının birində danışan İvana Tramp onların arasında ünsiyyətin davam etdiyini də deyib.

O qeyd edib ki, Donald Tramp çox vaxt “Twitter” səhifəsində yazmamışdan qabaq ondan məsləhət alır: “O, “Twitter” səhifəsində yazan prezidentdir. Bu, öz sözünü insanlara çatdırmağın yeni üsuludur və o haqlıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti